Şrift:
“Avro-2024”: Xorvatiya final mərhələsində, Türkiyə qrup lideri olub
22.11.2023 [11:27] - Gündəm, İdman
"Avro-2024"ün seçmə mərhələsinə yekun vurulub.

Son oyun günündə B, D və İ qruplarında, ümumilikdə, yeddi görüş baş tutub.

Final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Türkiyə millisi D qrupundakı son matçında Uelsin qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1. Neko Uilyamsın 7-ci dəqiqədə vurduğu qola 70-ci dəqiqədə Yusuf Yazıcı penaltini dəqiq yerinə yetirməklə cavab verib. Qrupun digər oyununda Xorvatiya millisi evdə Ermənistana qalib gələrək, adını final mərhələsinə yazdırıb.

Gecənin digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

“Avro-2024”, seçmə mərhələ

X tur

21 noyabr

B qrupu

23:45. Cəbəllütariq – Niderland - 0:6

23:45. Yunanıstan – Fransa - 2:2

Xal durumu: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq - 0.

D qrupu

23:45. Xorvatiya – Ermənistan - 1:0

23:45. Uels – Türkiyə - 1:1

Xal durumu: Türkiyə - 17, Xorvatiya – 16, Uels – 12, Ermənistan – 8, Latviya - 3.

İ qrupu

23:45. Andorra – İsrail - 0:2

23:45. Kosovo – Belarus - 0:1

23:45. Rumıniya – İsveçrə - 1:0

Xal durumu: Rumıniya – 22, İsveçrə - 17, İsrail – 15, Belarus - 12, Kosovo – 11, Andorra - 2.
Bu xəbər oxucular tərəfindən 1248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed