Şrift:
NATO-nun baş katibi Şimali Koreyanı nüvə və raket proqramlarından imtina etməyə çağırıb
23.11.2023 [10:20] - Siyasət
NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmasını pisləyib.

NATO-nun baş katibinin bəyanatında qeyd olunub.

"Bu, gərginliyi artırır, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Şimali Koreya ehtiyatsız davranışını dayandırmalı, nüvə və ballistik raket proqramlarından imtina etməli və vicdanlı diplomatiya ilə məşğul olmalıdır", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın addımları BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur.
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed