Şrift:
Türkiyədə terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirildi
28.11.2023 [10:30] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından məlumat yayıb.

Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar 30” əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.

Silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.

Əməliyyatların Şırnak, Siirt, Kahramanmaraş, Diyarbakır, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed