Şrift:
74 yeni peşə təhsili proqramı hazırlanıb
05.12.2023 [12:47] - Gündəm
Son 5 ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 50%-ə yaxın artıb.

Bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, peşə təhsili sistemində təhsil alanların 89%-i dövlət sifarişi əsasında təhsil alır.

"Əmək bazarının tələblərinə uyğun 74 yeni peşə təhsili proqramı hazırlanıb, 95 yeni ixtisas əlavə edilib.

Hazırda 4-cü Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin, Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır.
Ölkəmizdə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq, bu istiqamətdə zəruri dəstək artırılacaq”, - deyə Ə.Əsədov əlavə edib.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed