Şrift:
Dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası istifadəyə verildi
06.12.2023 [09:57] - Gündəm
Çin dünyada ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şərqi Şandun əyalətində yerləşir. Qeyd olunub ki, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.

"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan bəyanatda deyilir.

Qazla soyudulan reaktorun ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed