Şrift:
Ərdoğan Yunanıstana səfər edəcək
06.12.2023 [09:58] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana işgüzar səfər edəcək.

Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.

Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.

Türkiyə Prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 min nəfərdən çox polis əməkdaşı cəlb olunacaq.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed