Şrift:
Türkiyə terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır - milli müdafiə naziri
14.12.2023 [09:49] - Türk dünyası-Turan
Türkiyə istər ölkə daxilində, istərsə də sərhəddən kənarda terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır. Ölkə daxilindəki separatçı terror təşkilatı məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi dağıdılıb. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu ilin əvvəlindən indiyədək 2 min 67 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyənin FETÖ terror təşkilatı ilə mübarizəsinin tam sürətlə davam etdiyini diqqətə çatdıran nazir bildirib ki, 2016-cı il iyulun 15-dən indiyədək FETÖ ilə əlaqəsi olması səbəbindən Türkiyə Silahlı Qüvvələri sıralarından 23 min 971 şəxs xaric edilib.
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed