Şrift:
Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb
09.01.2024 [10:34] - Hadisə
Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi şəhəri ərazisində 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkarlanıb.

Bundan başqa, Xocalı şəhəri ərazisində 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed