Şrift:
“Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb
11.01.2024 [10:42] - İdman
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin iki üzvü bürünc medal qazanıb.

Yarışın ilk günündə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə Puerto-Riko təmsilçisi Jozef Silvaya 4:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Eyni çəkidə Nürəddin Novruzov israilli Daniel Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed