Şrift:
Pakistan İrana raket zərbələri endirib
18.01.2024 [13:29] - Hadisə
Ötən gecə Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirməsi nəticəsində 7 nəfər ölüb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin müavini Əlirza Mərhəməti deyib.
Ə.Mərhəmətinin sözlərinə görə, yerli vaxtla 4:30-da raket zərbələrinin endirilməsi nəticəsində bir neçə partlayış baş verib.

Mərhəməti bildirib ki, partlayışlarda İran vətəndaşları olmayan 3 qadın və 4 uşaq ölüb.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib.

Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.
Bu xəbər oxucular tərəfindən 1744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed