Şrift:
Türkiyədə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermənin son vaxtı açıqlanıb
23.01.2024 [10:18] - Türk dünyası-Turan
Türkiyə parlamenti çərşənbə axşamı, yanvarın 23-də İsveçin NATO-ya daxil olması ilə bağlı səsvermə keçirə bilər.

Bu barədə CNN Türk məlumat yayıb.

Telekanalın məlumatına görə, İsveçin NATO-ya daxil olması ilə bağlı protokol parlamentin gündəliyinə daxil ediləcək. Parlament müzakirələrindən sonra İsveçin NATO-ya üzvlüyünü nəzərdə tutan protokolun səsverməyə çıxarılacağı gözlənilir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin alyansa daxil olmasını tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Stokholmun üzv olması NATO-nu daha da gücləndirəcək.

Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanması fonunda İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Helsinki 2023-cü ilin aprelində rəsmi olaraq bloka üzv olub. İsveç Türkiyə ilə fikir ayrılıqları da daxil olmaqla, hələ də alyansa qoşulmayıb.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed