Şrift:
Hakan Fidan ABŞ dövlət katibinin müavini ilə Türkiyə-ABŞ münasibətlərini müzakirə edib
29.01.2024 [10:17] - Türk dünyası-Turan
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım edib.

Strateji Mexanizm görüşü zamanı keçiriləcək hərtərəfli məsləhətləşmələrdə regional və beynəlxalq məsələlər, Türkiyə-ABŞ münasibətləri ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xarici işlər nazirinin müavini Əhməd Yıldız, X-dəki paylaşımında Nuland ilə görüşdüklərini və Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

Məlumat üçün qeyd edək ki, Nuland Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Türkiyəyə gəlib.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed