Şrift:
Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını TƏSDİQLƏDİ
06.02.2024 [10:52] - Siyasət
Çexiya vətəndaşının Azərbaycan polisi tərəfindən saxlanılmasını təsdiqləyirik.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariana Vernerova deyib.

"Saxlanmaya səbəb kimi onun sərhədi qanunsuz keçməsi göstərilir. Bakıdakı səfirliyimiz Çexiya vətəndaşının konsulluq səfəri üçün icazə gözləyir və həmkarlarımız ailəsi ilə əlaqə saxlayır", - o deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları həyata keçirir
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed