Şrift:
Metallurgiya sənayesi məhsullarının istehsalında 50 faizə qədər artım olub
15.02.2024 [10:04] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 94,8 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, metallurgiya sənayesi məhsullarının istehsalında 48,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3 faiz artım müşahidə edilib.
Həmin dövr ərzində metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,9 dəfə, armatur istehsalı 30,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 3,9 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed