Şrift:
Qazaxıstan Azərbaycan üzərindən Türkiyəyə yükdaşıma müddətini azaldır
22.02.2024 [10:37] - İqtisadiyyat
Qazaxıstan Parlamentinin Məclisi Türkiyə ilə Azərbaycan ərazisindən yükdaşıma müddətinin azaldılmasına dair sazişi ratifikasiya edib.
Sənəd Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi limanları və “Qərbi Avropa-Qərbi Çin” beynəlxalq tranzit dəhlizindən istifadə etməklə) yük axınının artırılmasına və müvafiq olaraq Qazaxıstan və Türkiyə arasında ticarət dövriyyəsinin yaxşılaşdırılmasına yönəlib.

Müqavilənin ratifikasiyası malların tranzit müddətinin 5 günə qədər azaldılmasına kömək edəcək.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed