Şrift:
Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib
22.02.2024 [10:49] - İdman
"Lokomotiv"in və Ermənistan millisinin müdafiəçisi Nair Tiknizyan qış "transfer pəncərəsi"ndə "Qalatasaray"a keçməkdən imtina edib.

Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması 24 yaşlı futbolçunun bu təklifdən imtina etməsinə səbəb olub.

"Qalatasaray" sol cinah müdafiəçisini satdıqdan sonra Tiknizyanın transferini gerçəkləşdirmək istəsə də, məsələ rəsmi danışıqlara getməyib.

Erməni müdafiəçi 2021-ci ildə CSKA-dan “Lokomotiv”ə keçib. O, 82 matçda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed