Şrift:
İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır
01.03.2024 [10:59] - Gündəm
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşır.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O qeyd edib ki, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır.

Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan əhəmiyyətli miqdarda məlumat alıb və hazırda bu məlumatlardan tunelləri və təşkilatın əsas mərkəzlərini məhv etmək üçün istifadə olunur. O, həmçinin qeyd edib ki, HƏMAS-ın yeraltı tunel sistemi ozləri üçün tələyə çevrilir.
Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed