Şrift:
Çempionlar Liqası: "Bavariya" 1/4 finala yüksəlib
06.03.2024 [10:53] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bavariya” klubunun futbolçuları İtaliyanın “Latsio” komandasını 3:0 hesabı ilə məğlub edib.

Komandanın iki qolunu Harri Keyn 38 və 66-cı dəqiqələrdə vurub. Ondan başqa, Tomas Müller də “Bavariya”nın heyətində fərqlənib (45+2).

Qarşılaşma Münhendə baş tutub. Bu komandaların ilk görüşü fevralın 14-də Romada baş tutub, o zaman “Latsio” qalib gəlib. Ümumi hesaba əsasən, "Bavariya" 1/4 finala vəsiqə qazanıb.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed