Şrift:
Çempionlar Liqasında 1/8 final mərhələsinin yeni rekordu qeydə alındı
06.03.2024 [10:58] - Gündəm, İdman
“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində 100-cü qolunu vurub.

Münhen təmsilçisi “Latsio” ilə görüşdə bu göstəriciyə çatıb.

Evdəki cavab matçında 3:0 hesablı qələbə qazanan Almaniya klubunun ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi Tomas Müller olub.

“Bavariya” turnirin tarixinə 1/8 finalda 100 qol vuran ilk komanda kimi düşüb. Almaniyalılar bu rekord göstəricini 101-ə çatdırıb.

Bu qələbə ilə “Bavariya” son 13 ildə 12-ci dəfə 1/4 finala adlayıb. Münhenlilər yalnız 2018/19 mövsümündə büdrəyib. Həmin vaxt onları "Liverpul” 1/8 finalda dayandırıb – 0:0, 1:3.

Qeyd edək ki, “Bavariya” “Latsio” ilə ilk görüşdə 0:1 hesabı ilə uduzmuşdu.
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed