Şrift:
Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb
08.04.2024 [10:24] - İdman
Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.

74 kq çəkidə çıxış edən güləşçi Fransa paytaxtına vəsiqəni Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. Tobias Portmannı (İsveçrə) 10:0, Zurab Kaprayevi (Rumıniya) 5:1 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Frank Çamizo Markezi (İtaliya) üstələyib – 8:8. Bu qələbə Bayramova dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququ verib
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed