Şrift:
“The Times”: NATO strukturunda qarışıqlıq var
09.04.2024 [10:09] - Gündəm
NATO bir sıra daxili təşkilati problemlər yaşayır.

Bu barədə “The Times” qəzetində məqalə dərc edilib.

“Komanda strukturunda tam qarışıqlıq var. Silah ehtiyatları azdır, infrastruktur qeyri-adekvatdır, logistika zəifləyib, avadanlığın özü isə köhnəlib”, - deyə qeyd olunub.
Hesab edilir ki, Şimali Atlantika Alyansına üzv ölkələrin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməyə fokuslanması reallığa uyğun gəlmir. Bildirilib ki, Avropa və ABŞ Rusiyanın imkanlarını az, Qərbin imkanlarını isə həddindən artıq qiymətləndirir.

“Bu, yanaşma köhnəlmiş, özündənrazı düşüncəyə əsaslanır”, deyə vurğulanıb.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit demişdi ki, Ukraynanın alyansa daxil olması Rusiya ilə hərbi münaqişə bitdikdən sonra mümkündür.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed