Şrift:
Bakıda Dünya kuboku start götürür
19.04.2024 [11:52] - Gündəm, İdman
Bu gün Bakıda bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarış start götürəcək.

Milli Gimnastika Arenasında təşkil ediləcək Dünya kuboku 3 gün davam edəcək.

Yarışda 41 ölkəni təmsil edən 116 gimnast mübarizəyə qoşulacaq.

Gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed