Şrift:
Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib
14.05.2024 [12:42] - Siyasət
Avstraliya Yaxın Şərq münaqişəsinə görə İranın beş yüksək vəzifəli məmuruna və üç quruma qarşı sanksiya tətbiq edib.

Sanksiya siyahısına İranın müdafiə naziri Məhəmməd Rza Aştiani, İslam İnqılabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Kaani və başqaları əlavə olunub.

Siyahıya SEPAH-ın Hərbi Dəniz Qüvvələri, təyyarə mühərrikləri istehsalı və rabitə texnologiyaları şirkətləri də daxil edilib. Avstraliya hökuməti İranla əlaqəli ümumilikdə 90 fiziki şəxsə və 100 quruma da sanksiya tətbiq edib.

Avstraliya Xarici İşlər Nazirliyindən bildirilib ki, beynəlxalq qanunlara riayət etmək üçün İrana təzyiq göstərməkdə davam edəcək.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed