Şrift:
İran hökumətinin prezidentdən sonra ilk iclası keçirilib
22.05.2024 [10:00] - Gündəm
Bu gün (22 may) İran prezidentinin ölümündən sonra hökumətin ilk iclası keçirilib.

İclasa İran prezidentinin vəzifəsini icra edən 1-ci vitse-prezident Məhəmməd Moxber başçılıq edib.

İclasda İran prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcək xarici ölkələrin nümayəndə heyətlərinin qəbul olunması üzrə proqramlar haqda fikir mübadiləsi aparılıb.

İclasda həmçinin gömrük məsələləri, yollar və xarici ölkələrlə razılaşmalar haqda bir neçə təklif olunan sənəd müzakirə olunub və təsdiqlənib.

İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber hökumətin iqtidarda olduğu müddətdə mərhum prezident İbrahim Rəisinin yolunun davam etdirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed