Şrift:
Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz
23.05.2024 [10:14] - Gündəm
“Yaponiya ilə münasibətlərimiz getdikcə daha da pisləşir və biz mövcud şəraitdə rəsmi Tokio ilə siyasi təmasları bərpa etmək niyyətində deyilik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya Ölkələri Departamentinin direktoru Lyudmila Vorobyova deyib.

O həmçinin Yaponiya hökumətinin indiyədək ölkəsinə qarşı 22 sanksiya paketi qəbul etdiyini xatırladıb:

“Aydındır ki, belə bir şəraitdə Yaponiya tərəfinin təşəbbüsü ilə kəsilən siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz. Yaxşı olardı ki, münasibətlərin gələcəyi barədə rəsmi Tokionun özü düşünsün”, – rusiyalı diplomat belə deyib.
Bu xəbər oxucular tərəfindən 218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed