Şrift:
Fərəc Quliyev:Partiyam seçkilərə qatılacaq
23.05.2024 [21:42] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Fərəc Quliyev məlumat verib.

Sədr partiyanın hər zaman seçkilərində iştirakını məqbul sayır:

"Namizədlərin iştirakı ilə bağlı partiyada hələ heç bir müzakirə aparılmayıb. Seçki elan olunandan sonra müzakirələr aparılacaq".

Fərəc Quliyevin özünü seçkilərdə namizəd olub-olmamasına gəlincə, sədr bu barədə hələ qərar vermədiyini deyib:

"Partiya seçkidə iştirak edəcək, amma mənim fərdi qaydada iştirak edib-etməməyim seçki elan ediləndən sonra aparılan müzakirələrdə bəlli olacaq".

Bahar Rüstəmli/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed