Şrift:
Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib
27.05.2024 [10:09] - Siyasət
İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.

Bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət başçısına çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalanadək mübarizənin davam etdiriləcəyini bildirib.

Məlumata əsasən, İsrail tərəfi mayın 25-də əsirlərin mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftədən davam etdirməyə hazır olduğunu bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunub ki, qarşı tərəf bu təklifi cavabsız qoyub.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed