Şrift:
Rusiya XİN: Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır
31.05.2024 [09:54] - Siyasət
Biz Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qururuq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd etdiklərini, Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiya-Azərbaycan münasibətlərini ətraflı dəyərləndirdiyini xatırladıb.

Zaxarova “Cənubi Qafqazdakı həyacanverici vəziyyətdən də danışıb”. O bildirib ki, bunlar əsasən qərblilərin destruktiv fəaliyyəti ilə bağlıdır.

“Bakı bu barədə danışır və biz müvafiq qiymət veririk. Qərbə vəziyyəti silkələmək lazımdır. Region ölkələri onların nöqteyi-nəzərindən bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidirlər. Qonşuları iqtisadiyyat, ticarət və ya infrastruktur deyil, bitib-tükənməyən hesablaşmalar maraqlandırmalıdır. Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır. Bu tendensiyaları hamı görür", - Rusiya XİN sözçüsü vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed