Şrift:
Avro-2024: Bu gün ilk finalçı məlum olacaq
09.07.2024 [11:16] - Gündəm, İdman
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
1/2 finalda İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Münxen şəhərində yerləşən “Alyants Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu iyulun 10-da Niderland və İngiltərə yığmaları arasında olacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed