Şrift:
Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib
10.07.2024 [10:53] - Xəbərlər, Gündəm, İdman
Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Qızlarımız Avropa çempionatına Ermənistan millisini darmadağın edərək başlayıb.

Oyuna sürətli başlayan basketbolçularımız rəqib Ermənistan yığmasını 86-59 hesablı ağır məğlubiyyətə uğradıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib.

Qeyd edək ki, millimizin qrupdakı növbəti oyunu iyulun 10-da Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed