Şrift:
Fars futbolunun alınmaz qalası Perspolis takımı Traxturun təkərləri altında əzildi
11.05.2013 [11:04] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin səhənd stadionunda “Traxtur”la “Perspolis” takımları arasında başladılan futbol müsabiqəsi “Traxtur”un kəskin qələbəsi ilə bu dəqiqələrdə sona çatdı.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 34-cü həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində “Traxtur” takımı 1 qol vurmağa nail oldu. İkinci hissədə isə “Traxtur” tərəfindən daha 2 və “Perspolis” tərəfindən 1 qol vuruldu.
Təbrizin futbol takımı “Traxtur” tərəfindən Seyid Mehdi Salehi 32, Mehdi Kərimiyan 54 və Gilsun 90-cı, “Perspolis” tərəfindən isə Rza Həqiqi 69-cu dəqiqədə qol vurdular.
Bununlada “Traxtur-Perspolis” müsabiqəsi (3 – 1) hesabı ilə “Traxtur” takımının xeyirinə sona çatdı.
“Traxtur” əldə etdiyi yeni nəticədən sonar cədvəlin 2-ci yerinə yüksəlmiş oldu.
Qeyd edək ki, “Traxtur” tərəfdarları müsabiqə boyu milli şüarlar səsləndirib və yenicə planlı şəkildə komandadan ixrac edilmiş baş məşqçi (murəbbi) Tuni Uliveranın qayıtmasını tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed