Şrift:
Erməni saxtakarlığının ifşası - Bakıda İrəvan və Qarabağ xalçalarının tarixi müzakirə edildi
04.11.2011 [10:11] - Mədəniyyət
Azərbaycan hazırda öz tarixini bərpa edəcək qədər güclüdür. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabının təqdimatında deyib.

Onun sözlərinə görə, 200 ildən çoxdur ki, müxtəlif dövrlərdə Azərbaycan torpaqları itirilib, amma tarix milli yaddaşda yaşamaqdadır.

Əhmədov bildirib ki, Azərbaycan istər Qarabağ, istərsə də Qərbi Azərbaycanla bağlı tarixi yaşadır.

"Torpaqlarımız işğaldan azad olunandan sonra isə sözün bütün mənasında həmin torpaqların sahibi olacağıq", - o deyib.

Əhmədov bildirib ki, "xalçaçılıq Azərbaycan tarixini qoruyan mələklərdəndir. Onun sözlərinə görə, müvəqqəti olaraq itirilmiş Qarabağ torpaqları xalçalarda yaşayır.

"Xalçaçılıq Azərbaycan tarixini qotuyan mələklərdəndir", - Əhmədov bildirib. Onun sözlərinə görə, müvəqqəti olaraq itirlmiş Qarabağ torpaqları xalçalarda yaşayır.

Əhmədov qeyd edib ki, tarixin zaman ölçüləri kimi məkan ölçüləri də var. O bildirib ki, müvəqqəti itirilmiş torpaqlarla tariximiz daha məhdud çərçivəyə sığışdırılmaq təhlükəsi ilə üzləşib.

"Nə qədər ki, xalçaları qoruyacağıq, tariximizə sahiblik edəcəyik", - o deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, Qarabağ xalçalarına həsr olunmuş kitab tariximizin öyrənilməsinə mühüm töhfədir. O deyib ki, kitab ermənilərin saxtakarlığı və oğurluğuna cavabdır.

"Ermənilər Azərbaycan xalçalarını dünyaya öz mədəniyyət nümunələri kimi təqdim edirlər", - millət vəkili qeyd edib.

O deyib ki, biz itirilmiş torpaqlarımızın tarixinə sahib çıxmalıyıq.

"Azərilmə" xalça qalereyasının direktoru Vidadi Muradov çıxışında Azərbaycan xalçalarının tarixi barədə arayış verib. O bildirib ki, "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabında bu bölgəni əhatə edən 102 xalça nümunəsi toplanıb.
Bu xəbər oxucular tərəfindən 4827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed