SEPAH-ın sabiq komandanının Qarabağ açıqlamalarına faktlarla təkzib gəldi
SEPAH-ın sabiq komandanının Qarabağ açıqlamalarına faktlarla təkzib gəldi
Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, o dövrdə İran Azərbaycana yox, Ermənistana kömək edirdi: "Müharibədə İran tərəfindən rəsmi şəkildə kömək göstərilibsə, bu, erməni tərəfinə ola bilər, Azərbaycan tərəfinə yox. Ancaq Güney Azərbaycandan bura gəlib ordu tərkibində yox, sadəcə, torpaqların qorunması uğrunda döyüşən soydaşlarımız olub. Məsələn, Əlirza Amanbəylinin adını çəkmək olar. O, Qarabağ müharibəsində ermənilərlə vuruşub. Belə adamlar onlarla olub. Ancaq İran rəsmiləri tərəfindən mövqe birmənalı Ermənistanın tərəfində olub. Biz Ordubadda Xatxat deyilən döyüş zamanı ermənilərin mövqelərini ələ keçirdik. Bu zaman dəhşətli bir mənzərənin şahidi olduq. Belə ki, orada İran istehsalı olan elektrik generatorları, silahlar, geyimlər, qida maddələri vardı. Bir növ bütün bunları ermənilərə hədiyyə etmişdilər. Deməyim odur ki, müharibədə heç vaxt İran tərəfi rəsmi olaraq Azərbaycanı dəstəkləməyib".