Fərəc Quliyev Milli Məclisin iclasında üç ciddi məsələ qaldırdı.
Fərəc Quliyev Milli Məclisin iclasında üç ciddi məsələ qaldırdı.
Çox sağ olun cənab Sədr, mən bir daha hamını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Bilirsiniz ki, yanacaq qiymətləri artdıqdan sonra ölkədə istehlak səbətinin dəyəri icbari ödənişlər ucbatından qalxmışdır. Ona görə də yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı yenidən tənzimlənməli - məbləğlər qaldırılmalıdır. Hesab edirəm ki, bu məsələyə mütləq baxmaq lazımdır.
İkinci toxunacağım məsələ Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçularla bağlıdır. Bu kateqoriyadan olanlara verilən müavinət keçən ilin may ayından dayandırılıb. Paradoks odur ki, hazırda hərbi xidmətdə olan müharibə veteranlarına və iştirakçılarına bu müavinət verilir, amma Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan zabitlərə bu şamil olunmur. Məncə bu paradoks aradan qaldırılmalı və müavinət hər kəsə verilməlidir.
Bu gün Fərəc Quliyevin 51 yaşı tamam olur
Bu gün Fərəc Quliyevin 51 yaşı tamam olur
Bu gün Azərbaycanın azadlığı yolunda hərəkatçı, dovlətinin qurulması yolunda “müstəqillik aktı”-nı hazırlayan və onun qəbulunda iştirak etmiş istiqlalçı deputat, ərazi bütövlüyü yolunda doyüşçü, əqidə dönməzliyi səbəbindən məhbus, millətinin milli iradəsinin önündə gedərək hərəkat və partiya lideri, xalqının ehtimadını qazanaraq yenidən millət vəkili olmuş Fərəc İbrahim oğlu Quliyevin 51 yaşı tamam olur. Bu münasibətlə davam.az kollektivi olaraq Fərəc bəyi, doğmalarını və onu sevənləri təbrik edirik! Şərəfli bir həyat yolu keçmiş Fərəc Quliyevə Tanrıdan hər yaşının əvvəlkindən daha maraqlı keçməsini diləyir və HEÇ VAXT KEÇDİYİ YOLLARA HƏSRƏTLƏ BOYLANMAMASINI ARZULAYIRIQ!
Fərəc Quliyevin ad günü münasibətiylə onun həyat və mübarizə yolundan bəhs edən “Dəmir adam” məqaləsini oxuculara təqdim edirik:
Deputat: “Gürcüstandakı Azərbaycan torpaqları kiməsə verilə bilməz”
Deputat: “Gürcüstandakı Azərbaycan torpaqları kiməsə verilə bilməz”
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında bu məsələni yaxın günlərdə Gürcüstan hökuməti səviyyəsində qaldıracaqlarını deyib:
“Bu problemlərlə bağlı dəfələrlə məsələ qaldırmışıq. Bir neçə il əvvəl də azərbaycanlılara ayrılan torpaqlar gürcülərə verilmişdi. Hətta həmsərhəd zona olmasa belə, bizim soydaşlarımızın torpaqlarını başqalarına vermək tamamilə səhv hərəkətdir. Bizim xalqımız Axalkalakidəki ermənilər kimi gəlmə deyil. Biz həmişə Gürcüstan hakimiyyətinin nəzərinə çatdırmışıq ki, Gürcüstan-Rusiya müharibəsində bizim soydaşlarımız olan azərbaycanlılar Gürcüstanın bütövlüyünü müdafiə elədilər, separatçılıqla məşğul olmadılar. Onlar o dövlətin içərisində yaşayırlar və onların bərabər hüquqları, haqqı tanınmalıdır. Amma nə edək ki, bəzi məqamlarda bu cür davranışlar olur. Təkcə o deyil, başqa məsələlər də var. Dəfələlə bu məsələləri həm partiyamızın Borçalı departamentinin, həm də parlament xətti ilə qaldırmışıq. Bu məsələni diqqətimizdə saxlayacağıq. Bir neçə gün əvvəl gürcüstanlı dostlarımızı bura çağırmışdıq, bu məsələləri müzakirə etdik. Təbii ki, təkcə söhbət bu məsələdən getmir. Orda məktəblərlə və digər problemlərlə bağlı məsələlər vardı. Yaxın günlərdə Gürcüstana səfərə də gedə bilərik. Amma bu məsələləri yaxın günlərdə Gürcüstan hökuməti səviyyəsində mütləq qaldıracağıq”
Millət Vəkili Fərəc Quliyev:-Sürücülərə benzin talonu verilsin
Millət Vəkili Fərəc Quliyev:-Sürücülərə benzin talonu verilsin
Millət vəkili Fərəc Quliyevin çıxışının tam mətni:

Cənab sədr, hörmətli deputatlar! Mən Tarif Şurasının qiymət artımı ilə baglı qərarını dəyişəcəyinə, hökumətin buna cəhd edəcəyinə inanmıram. Çünki, qiymət artımı ilə bağlı anonslar olanda belə bir əsaslandirma olmuşdu ki, bu sektorda işləyənlərin maaşların artırılması üçün, qiymətlərin artırılması zərurəti yarana bilər. Ona görə, təkliflə çıxış etmək istəyirəm. Bu qiymət artımı əhaliyə olduqca pis təsir edəcək. Təsiri minimuma endirmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Əgər benzinin qiymət artımında əhaliyə təsiri azaltmaq istyiriksə, limit sistemi tətbiq etmək olar. Bütün avtomobil sahiblərinə ayda 150-200 litr ücün talonlar və ya kart vermək mümkündür. Yanacağa verilən bu limit qiymət artımından əvvəlki qiymətlərlə ödənər. Limitdən sonrakı sərfiyyat üçün ödəmə yeni qiymətlıərlə olar. Bu yanaşmada dövlət də heç nə itirməz, əksinə, əhalinin yükünü qismən azaldar, naraziliq xeyli azalar, avtomobil sahibləri qənaət çərçivəsini bilərlər. Əlbəttə, bu fikir əsas kimi götürülüb daha da cilalana bilər. Milli Məclis bir çox məsələlərdə beynəlxalq təcrübəyə istinad edir. Bu cür yanaşmalar da beynəlxalq təcrübədə var.
Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı
Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı
Prezidentliyə keçmiş namizəd, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezidentin məlum fikri ilə tam razıdır. Müsahibimizin sözlərinə görə, bu özünü daha çox son prezident seçkiləri zamanı keçirilən debatlarda göstərdi: "Namizədlərin davranışı, konseptual çıxışı, seçicilərlə görüşdə nümayiş etdirdikləri mədəniyyəti, rəqiblərə münasibətdə təmkinləri bunu deməyə əsas verir. Təbii ki, həmin debatlarda hər kəs eyni səviyyədə davranmırdı. Ümumi anlamda isə irəliləyiş hiss olunurdu. Namizədlərin əvvəlki seçkilərdən fərqli olaraq alternativ fikirlərə konseptual yanaşma bacarığı özünü büruzə verirdi. Fizikəl mübarizə metodlarından daha çox yaxşı idarəetmə platformasını ortaya qoymaq bacarığı da mədəni inkişafın artmasına dəlalət edir. Bu baxımdan da ölkə başçısının Azərbaycanda siyasi mədəniyyətin artması ilə bağlı dediyi fikri bəyənir və onu təqdir edirəm. Fikrimcə, əqidəyə, mənəviyyata söykənən siyasətə yalnız yaxşı qiymət vermək olar. İstənilən yarışın qaydalarına hörmət olunmalıdır. Son seçkilərdə biz bunu gördük".
Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ
Fərəc Quliyev: “Azərbaycan hərb yoluna əl atarsa...” – MÜSAHİBƏ
- Ancaq hələ ortada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi və icra olunmayan qərarlar var...

Əlbəttə BMT-nin qəbul etdiyi qərarlar, qanunlar, davranış modelləri hamı üçün bərabərdirsə, onda ortaya sual çıxır ki, bəs Azərbaycanla bağlı qəbul edilən 4 qətnaməyə niyə əməl olunmur?! Halbuki həmin qətnamənin qəbulu üçün səs verən ölkələrdən biri məhz elə Amerika olub. BMT nizamnaməsinin 7-ci bəndinin 41, 42-ci paraqraflarında göstərilir ki, qətnamələrin həyata keçməsi üçün ya qeyri-hərbi sanksiyalar, ya hərbi sanksiyalar həyata keçməlidir. Azərbaycan da heç vaxt danışıqlar məsələsində tərəddüd etməyib. Biz “Dağlıq Qarabağ” probleminin sülh yolu ilə həlli üçün hər cür addımlar atmışıq. Amma buna sülh yolu vastəsilə nail olunmursa, niyə qeyri-hərbi sanksiyalar tətbiq olunmur? Azərbaycan torpaqlarını qaytarmaq üçün hərbi yola əl atacaqsa bu təqdir olunmalıdı. Hər bir ölkənin belə bir haqqı var. Amerikanın bir ərazisi işğal olunarsa necə davranacaq?!
Fərəc Quliyev: “Bu gün PKK-ya, sabah ermənilərə qarşı”
Fərəc Quliyev: “Bu gün PKK-ya, sabah ermənilərə qarşı”
“Azərbaycanın müharibə şəraitində yaşadığı bir vaxtda Türkiyənin T-129 ATAK döyüş helikopterinə maraq göstərməsi təqdirəlayiq addım hesab etmək olar”. Bu sözləri Simsar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Prezidentliyə keçmiş namizəd Fərəc Quliyev deyib.
“Mən Milli məclisin iclasında bir neçə il əvvəl təklif etmişdim ki,Azərbaycan Türkiyə ilə mədəni-iqtisadi münasibətləri hərbi-siyasi müstəviyə keçirtməyi bacarmalıdır. Hərbi sənayə ilə bağlı qardaş ölkə ilə yeni əməkdaşlığın qurulması əlverişli haldır”.

Həmçinin komitə üzvü T-129 ATAK helikopterlərin alınmasından başqa gələcəkdə də ortaq silah istehsalını, Azərbaycanın silah arsenalının Türkiyə silahları ilə artırılmasının uyğun variant olduğunu bildirib.
Fərəc Quliyev savaş büdcəsi tələb etdi.
Fərəc Quliyev savaş büdcəsi tələb etdi.
Hörmətli sədarət,cənab Baş Nazir,Hökumət üzvləri,kolleqalar!
Mən 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi ilə baglı fikirlərimi bölüşdükdən sonra bu ilki büdcənin fəlsəfəsi haqda hörmətli parlament və hökumətlə mülahizələrimi bölüşəcəyəm.
Büdcə formalaşmasının istinad sənədləri əsasən 2008-2015-ci illərdə Azərbaycan Respublikasında bir çox sahələrdə davamlı inkişaf üzrə Dövlət proqramlarıdır.Bu sənədlərdə prinsipcə cox əhəmiyyətli məsələlər nəzərdə tutulsa da bir çox suallar aktualdır.
- Ölkə iqtisadiyyatının diversifikasiyası qaneedici həddədirmi?
-Qeyri neft sektorunda müəyyən irəliləyişlər olmasına baxmayaraq ,büdcəmizin hələ də neftdən asılılığı bizi narahat etməməlidirmi?
-Dövlət büdcəsindəki profisit nəyin hesabınadır?
-Tam məşğulluğa, gəlirlərin ədalətli bölünməsi hədəfinə çatılıbmı?
-Əhalinin layiqli həyat səviyyəsi təmin olunubmu?
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev rusiyadakı olaylara ANS televiziyasında münasibət bildirib.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev rusiyadakı olaylara ANS televiziyasında münasibət bildirib.
Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.
Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Bu baş verən hadisələrlə bağlı MDHP sədri, Millət Vəkili Fərəc Quliyev ANS televiziyasında münasibət bildirib.

Münasibətin videoyazısını TƏQDİM EDİRİK...


Milli Dirçəliş Hərəkatı Partiyasının 09.10.2013 tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı açıqlaması
Milli Dirçəliş Hərəkatı Partiyasının 09.10.2013 tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı açıqlaması
Biz inqilabi dəyişikliyin əleyhinəyik. Çünki, inqilab bir dövləti sarsıdan və zəiflədən ən ciddi hadisədir. Ona görə də biz əhalinin böyük əksəriyyətini təşkil edən bizimlə eyni düşüncədə olanları növbəti seçkilərdə (Bələdiyyə, Parlament, Prezident seçkilərində) sivil dəyişikliyə nail olmaq üçün bu gündən toparlanmağa çağırırıq.
Partyamız və seçkilərdəki namizədimiz Fərəc Quliyev adından hazırkı hakimiyyətdən bundan sonrakı fəaliyyətində milli-demokratik düşərgənin maraqlarını ciddi şəkildə önəmsəməsini, milli birlik və barışı təmin edən, Qarabağ problemi də daxil olmaqla bütün ümummilli məsələləri iç güclərə söykənərək həll etmənin vacibliyini qeyd edərək, İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətiylə təbrik edirik!