Fərəc Quliyev:
Fərəc Quliyev: "Hər gün özümə hesabat verirəm"
"Gündəlik Bakı" bu gündən etibarən "Açıq söhbət" rubrikası görüşünüzə gəlir. Məqsədimiz bir sıra siyasətçilər, deputatlar, ictimai-siyasi xadimlər, partiya rəhbərləri ilə söhbətləşib, onların səmimi etiraflarını dinləmək, mətbuat üçün qapalı olan məsələləri açmaqdır. İstiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin üzvü Fərəc Quliyevlə də görüşümüz məhz bu məqsədlərə xidmət edirdi:


- Fərəc bəy, yaxın vaxtlarda 50 yaşınız tamam olacaq. İtkilərinizin, yaxud uğurlarınızın nədən ibarət olması ilə bağlı özünüz öz aləminizdə yarıməsrlik həyatınızla bağlı hesabat verirsinizmi?

- Mən özümə hər gün hesabat verirəm. Ümumiyyətlə hər kəs günün sonunda özü özünə hesabat verməlidir ki, bu gün nələri etdim. Ən azından hansı günahları, yaxşılıqları etdim. Hesabat məsələsilə sabaha hazırlıq görməlidir. Əlbəttə, siyasi adamların şəxsi həyatı olmur. Hətta şəxsi həyatın özü belə müəyyən çərçivə daxilində olur. Sən üzərinə müəyyən məhdudiyyətlər götürürsən. Ailənə istədiyin qədər diqqət, vaxt ayıra bilmirsən. Bəlkə də qəribə görünür, amma məsələn mən çayxanada kimi isə nərd oynayan gördüdə nostalji hisslər keçirirəm. Düşünürəm ki, nə yaxşıdır, vaxt tapsaydım mən də oynayardım. İctimai yük çox olanda şəxsi həyat kənarda qalır. Hesabat verəndə də daha çox ictimai xarakterli hesabat verməyə məcbur olursan. Bunun pis və yaxı tərəfləri də var. Pis tərəfi ondan ibarətdir ki, sənə gözünü dikmiş yaxınlarına diqqət ayıra bilmirsən. Yaxşı tərəfi odur ki, cəmiyyət üçün yaşayırsan. Hər kəs xoşbəxtliyini fərdi şəkildə axtarsa, cəmiyyət xoşbəxt olmaz. Gərək insanlar xoşbəxtliklərini cəmiyyətin, millətin içində axtarsınlar. Yəni millət xoşbəxt olsun ki, mən də onunla bərabər xoşbəxt olum.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri ilə görüşdü.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri ilə görüşdü.
Oktyabrın 24-də MDHP sədri. Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin və Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Fərəc Quliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri İsmayıl Alper Coşqunla görüşdü.

Görüşdə siyasi, iqtisadi sahədə münasibətlər, dövlətlərarası münasibətlər sistemində parlament dostluq qrupları arasında əlaqələr, mötəbər beynəlxalq qurumlarda birgə, səmərəli fəaliyyət imkanları, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Dirçəliş Hərəkatı partiyası mətbuat xidməti.
Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevin 16 oktyabr 2012-ci il tarixdə Milli Məclisdəki çıxışı (olduğu kimi)
Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevin 16 oktyabr 2012-ci il tarixdə Milli Məclisdəki çıxışı (olduğu kimi)
Hörmətli Sədr, hörmətli Millət vəkilləri, sizi qarşıdan gələn 18 oktyabr “müstəqillik günü” münasibətilə təbrik edirəm. Asan qazanılmayan bu müstəqillik, bayram kimi qeyd olunsa da hesab edirəm ki, tutumuna adekvat qeyd olunmur. Bu bayramın keçirilməsinə münasibət dəyişilməlidir. Həm də bu bayramın ərsəyə gəlməsində xüsusi xidmətləri olan istiqlalçı deputatlara münasibət indiki vəziyyətdə qalmamalı, yaxşıya dəyişilməlidir. Cəmi 43 istiqlalçı-siqnator deputatdan 29-u sağdır. Onlardan biri də mənəm. Mənim özümün də siqnator deputat olmağım bu insanların fəaliyyəti, layiq olduğu yer haqda daha dolğun danışmağıma mane olur. Amma mütləq qeyd etməliyəm ki, bu insanlara münasibət davranışlarına adekvat deyil. İstiqlalçı deputatlar arasında yaşlı və xəstələr, təqaüdünün artırılmasına ehtiyacı olanlar var. Bu insanlara imtiyazlar verilməsi, məsələn, avtomobillərin verilməsi, xüsusi təqaüdün ayrılması şox vacib addımlar olardı.
Fərəc Quliyevi niyə hədəfə alıblar?
Fərəc Quliyevi niyə hədəfə alıblar?
...MDHP-nin Təşkilat Komitəsi yarandığı vaxtdan - 2003-cü ildən partiyanı departamentlik institutu modelində formalaşdırıb: "Təşkilatda müxtəlif departamentlər, o cümlədən Güney Azərbaycan departamenti formalaşıb. Təkcə "Təbriz" qəzetini nəşr etdirməyimizi xatırlatmaq kifayət edər". Qeyd olunur ki, təşkilatın liderinin Güney Azərbaycanla bağlı fəaliyyətinin bir neçə məqamına nəzər salmaqla, quruma daş atanların yanlışlıq içində oldugunu özlərinə xatırlatmaq yerinə düşər: "Milli Dircəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı 1990-cı ildə baş tutmuş sərhəd hərəkatının ideoloq və təşkilatçılarından biri kimi 1991-ci ildə Azərbaycan parlamentində müstəqillik aktı qəbul olunarkən respublikamızın adının Quzey Azərbaycan Respublikası qoyulması təklifi ilə çıxış edib. O, 2010-cu ildə yenidən Milli Məclisə secildi və ilk sessiyada Turkməncay müqaviləsinin qüvvədən düşməsinin tanınması məsələsini qaldirdı. Biz Bütöv Azərbaycan hədəfli təşkilatıq, hec bir bölücülüyü qəbul etmirik...
Fərəc Quliyev Ermənistanla yox, BMT ilə danışıqlar aparmağa çağırdı
Fərəc Quliyev Ermənistanla yox, BMT ilə danışıqlar aparmağa çağırdı
«Azərbaycana qarşı törədilən təcavüz siyasəti beynəlxalq hüquqi məsuliyyət baxımından hələ də açıq qalır»
Milli Məclisin deputatı Fərəc Quliyevin parlamenin oktyabrın 1-də keçirilən payız sessiyasının ilk iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasəti beynəlxalq hüquqi məsuliyyət baxımından hələ də açıq qalır: «Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT Təhlükəsizlik Şurasına ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Respublikamızın BMT TŞ-nin qeyri-daimi üzvü olması, ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, hazırkı diplomatik şərait Ermənistanin törətdiyi təcavüz cinayətinə görə bu ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar və imkanlar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir».
Milli Məclisin üzvü Fərəc Quliyevin Milli Məclisin 01 oktyabr 2012-ci il tarixdəki Plenar iclasında çıxışı.
Milli Məclisin üzvü Fərəc Quliyevin Milli Məclisin 01 oktyabr 2012-ci il tarixdəki Plenar iclasında çıxışı.
Cənab sədr, hörmətli deputatlar, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Respublikamızın BMT TŞ-nin Qeyri-daimi üzvü olması, ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, hazırkı diplomatik şərait Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar və imkanlar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir.
MDHP sədri Türkiyədən gələn qonaqları qəbul etdi / FOTOLENT
MDHP sədri Türkiyədən gələn qonaqları qəbul etdi / FOTOLENT
18 sentyabr 2012-ci il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının Mərkəzi Qərargahında: MDHP sədri, Millət Vəkili Fərəc Quliyev “Uluslararası Asılsız erməni iddialarıyla mücadilə dərnəyi”nin Yönətim Kurulu Başqanı Göksel Gülbey və “Uluslararası Güney Azərbaycan Konseyi”nin üzvü Mikayıl Kəskin ilə görüşmüşdür. Görüşdə təşkilatlararası əməkdaşlıq məsələləri müzakirə olmuşdur. Son 100 ildə ermənilərin Türklərə qarşı törətdikləri soyqırım və terrorlar, eyni zamanda erməni diasporasının uydurma “soyqırım” iddialarının qarşısının alınması məsələsi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatındakı son durum, regionda sülh, əməkdaşlıq perispektivləri, xüsusi ilə Daglıq Qarabağ məsələsi müzakirə olunmuşdur.
Fərəc Quliyev: “Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin olun”
Fərəc Quliyev: “Ramil Səfərovun təhlükəsizliyinin yüksək səviyyədə qorunduğuna əmin olun”
Məsələ ilə bağlı “Üç nöqtə” yə danışan Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatın Partiyasının (MDHP) sədri Fərəc Quliyev hesab edir ki, terror törətmək və bu tip vasitələrlə hədə-qorxu gəlmək Ermənistanın mahiyyətinə aid olan bir adət kimi başa düşülməlidir.
“Macarıstandakı səfirimiz Vilayət Quliyevin də, ölkəmizin digər rəsmilərinin də cavabları məni tam qane etdi və bizə qarşı ünvanlanan bütün təzyiq xarakterli sorğuların cavabını verdi. Ramil Səfərovun ekstradisiyası tam hüquqi yolla baş tutub. Erməni diapsoru və cinayətkar prezidenti nə qədər qalmaqal qaldırsalar da, Azəraycan diplomatiyasının qalib gəldiyini deməyə əsasımız var. Sarqsyanın hədələri isə onun terroçu mahiyyətini göstərir. Bunu anlamaq da, Qərb siyasətçiləri üçün o qədər çətin olmamalıdır. Onlar qatı cinayətkarın, uşaq və qadın qatilinin əlini sıxdıqları halda, öz ölkəsinin şərəf və ləyaqətini qoruyan bir zabiti cinayətkar adlandırırlarsa, bunun özü birinci növbədə ədalətsizlikdir”, - deyə millət vəkili söylədi.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin "ÜÇ NÖQTƏ" qəzetinə 25.08.2012-ci il tarixli MÜSAHİBƏSİ
...
- İran terrorist döviətdir və ölkəmizdə dincliyi, asayişi pozmaq üçün davamlı olaraq tədbirlər görüb. Yaxın Şərqdə baş verən proseslərdə İran "barmağı"nın olmasından hər kəsin xəbəri var. Üstəlik, İran kəşfıyyatının dəstəyi ilə Azərbaycan cəmiyyətində mütəşəkkil formada pianlaşdırılan təxribatların qarşısı milli təhiükəsizlik qüvvələrimiz tərəfındən vaxtında alındı, "Eurovision" müsabiqəsi zamanı planlaşdırılan terror aktlarının da qarşısını almaq mümkün oldu. Bu əməllərin arxasında İranın olduğunu Tehranda da inkar etmirlər və dəfələrlə Azərbaycana qarşı hədə-qorxu xarakterli bəyanatiar işlədirlər. Mərhum yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı fətva vermiş müctəhidin oğlu, yazıçının qətlindən sonra "Fətvanın yerinə yetirilməsinə sevincini" ifadə etdi. Bütün bunlar onu göstərir ki, İran Azərbaycana müdaxilənin və asayişin pozulmasında maraqlıdır.
...
Milli Dirçəliş hərəkatı  Partiyası bütün  Azərbaycanlılara  Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı başsağlığı verir
Milli Dirçəliş hərəkatı Partiyası bütün Azərbaycanlılara Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı başsağlığı verir
Əziz həmvətənlər məlum olduğu kimi, Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində yüzlərlə soydaşımızin həlak olduğu, minlərlə insanın isə yaralandığı bildirilir: “Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə baş sağlığı verir, millətimizin başı sağ olsun deyirik. Zəlzələ ilə bağlı kədərimizlə yanaşı qapalı İran hökumətinin bəzi hərəkətləri də təəssüf doğurur. Fars rejimi belə ağır gündə də informasiya qapalılığını saxlayır. Zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı və iranın televiziya kanallarında bu ağır fəlakətlə əlaqədar demək olar ki ətraflı heç bir xəbər verilmir . Bu günə qədər də itkilər haqda tam və ətraflı məlumat yoxdur rejimin bu cuür davranışına həta bəzi millət vəkiləridə öz etirazlarını bildirdilər.
"İran primitiv oyun oynayır" MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVİN "Şərq"ə müsahibəsi.
- Prezident seçkilərində MDHP hansı formada iştirak edəcək? Namizədləri dəstəkləyəcək, yoxsa öz namizədi ilə iştirakçı olacaq?

- Biz seçkilərdə hansısa namizədə dəstək verməyəcəyik, öz namizədimizlə qatılacağıq prosesə. Ola bilər namizəd mən olum və yaxud da partiyamızdan bir başqası olsun. Əgər seçkiyə qatılırıqsa, o zaman öz namizədimizi dəstəkləyəcəyik. Amma mətbuatda müəyyən narahatlıq doğuran informasiya var. Məsələn, bu günlərdə mətbuat yazıb ki, guya mən Rəsul Quliyevlə danışıqlar aparıram, onunla bir yerdə olmaq haqqında fikir mübadiləmiz var və s. Amma bunlar kökündən yanlış informasiyalardır. Öz təxəyyüllərinin məhsullarıdır ki, "etibarlı mənbəmiz" verib deyərək, çap edirlər. Sadəcə "qara piar"dan istifadə edilir MDHP-yə qarşı. Mən parlament seçkilərində iştirak edib, mandat qazandığım üçün, düşmən kimi baxırlar. Amma mənə və rəhbərlik etdiyim partiyaya qarşı iftiralar atan insanlar anlamırlar ki, seçkilərdə ona görə iştirak edilir ki, qazanasan. Bəyəm mən parlament seçkilərində mandatdan imtina etmək üçün iştirak etməliydim ki? Amma biz seçkilərə bu üsulla hazırlaşmayacağıq, kiməsə böhtan atmayacağıq. Normal şəkildə prezident seçkilərinə qatılmaq istəyirik.
Посредники стремятся сохранить статус-кво в карабахском конфликте - парламентарий
Посредники стремятся сохранить статус-кво в карабахском конфликте - парламентарий
Деятельность Минской группы ОБСЕ по урегулированию карабахского конфликта направлена на сохранение статус-кво, сложившегося в результате армяно-азербайджанской войны, считает член парламентского комитета Милли меджлиса по обороне и безопасности Фарадж Гулиев.
«Предложения посредников по применению механизмов расследования инцидентов на линии соприкосновения армянских и азербайджанских войск служат сохранению статус-кво в карабахском конфликте», - заявил Ф.Гулиев агентству «Интерфакс-Азербайджан».