Şrift:
Suriya Türkiyədən üzr istəyib
14.11.2011 [16:44] - Xəbərlər
Suriyanın xarici işlər naziri Valid Əl Muallim ölkədəki xarici diplomatik missiyalara qarşı edilən hücumlarla əlaqədar üzr istəyib.

Muallim Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olduqlarını söyləyib. O, hücumların bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası Suriyanın qurumda üzvlüyünü dondurduqdan sonra Suriya paytaxtında bir qrup şəxs Türkiyə, Səudiyyə Ərəbistanı və Fransa səfirliklərinə hücum edib.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed