Şrift:
Təbrizli, oğru mollanın dövlətçiliyimizə qarşı təxribatı və bayrağımızı yandırması
15.11.2011 [01:16] - Güney Azərbaycan-Təbriz
Təbriz hizbullahının məsulu Ruhulla Becani 1982-ci ildə Təbrizin Babək məhəlləsində anadan olub. Onun atası Hacı Əli Becani hal-hazırda Təbrizin vilayət məhəlləsində yaşayır, o, keçmiş rejimdə qatı şahpərəstlərdən olmuşdur. Amma inqilabdan sonra fikrin dəyişib çox qatı Xomeyniçi və hizbullahçı olub.

Elə ona görə də Xomeyninin balaca adını -- Ruhulla adını götürüb oğluna qoyub. Onun oğlu Ruhulla Becani 2006-cı ildə Təbriz hizbullahının məsulu təyin olunub, Əhmədnijad birinci dövrə prezident seçiləndə onun tərəfdarları ilə yaxınlıq edib və Güney Azərbaycan şəhərlərində hökumət orqanlarından Əhmədnijada tərfdar olmayan müdirlərin kənara qoyulmasına zəmin yaradıb. Xüsusən, Əhmədnijadın prezidentliyinin birinci dövrünün sonunda prezidentə tərəfdar olmayan rəhbər işçilərin işdən kənara qoyulması bunun əli ilə daha da sürətlənib. O, bu kənara qoyulan müdirlərin yerinə savadsız və özünə tabe olan şəxsləri yerləşdirib. Nəhayət, o, isəyir ki, Təbrizin Ticarət Mərkəzinin rəisi Sadiq Nəcəfini işindən bayıra atsın. Amma S.Nəcəfini kənara qoymaq mümkün olmur, çünki, o, Becaninin ağzı üçün çox yekə tikədir. Nəcəfi Təbrizdə dini rəhbərin nümayəndəsi, yəni, Ayətullah Müctəhid Şəbüstərinin ticarət şərikidir. Qeyd edək ki, A.M. Şəbüstəri Becanidən heç də balaca oğru deyil! Hər halda Sadiq Becani müəyyən sənədlərlə Ruhulla Becanini korrupsiya ilə ittihamlayır. Ruhani məhkəməsində ( İranda ruhanilərə məxsus olan xüsusi ruhani məhkəməsi var) mühakimə edilir, 5 il Qum şəhərində sürgündə yaşamağa və 1 il zindanda həbsə məhkum olunur. O, 1 il zindanda qalır, amma hizbullahilərin vasitəsi ilə onun Təbrizə qayıtması üçün imza kampaniyası işə düşür və nəhayət, dini rəhbərin tövsiyəsi ilə Təbrizə qayıdır. R.Becani müttəhim olunur ki, Əhmədnijad -- Məşayi mafiyasının milyardlar tümən korrupsiyasında birbaşa və ya dolayı yolla böyük rol oynayıb. Çox təəssüflə, bu oğru molla İran informasiya vasitələrində nizamlı formada çıxış edir və islami əxlaqdan Quzey Azərbaycanlılara dərs deyir. Bu Şimali Azərbaycanı "Şimali İran"adlandırıb və onu İrana yapışdırılmasını müdafiə edir və bu məqsədə çatmaq üçün Quzey Azərbaycanda yaranan islam partiyasının həbs olunmuş üzvülərini müdafiə edir və Quzey Azərbaycanın milli dövlət bayrağını dəfələrlə yandırıb.

Azərbaycan İslam Partiyası sədri Mövsüm Səmədov 2008-ci il dekabrın 5-də "Həftə içi" qəzetinə müsahibəsində deyir: "Adımızın İranla birgə çəkilməsi ilə fəxr edirik". Bu satqın "milli" mollamız xarici qüvvələrin əli ilə Azərbaycanın bütövlüyünə, müstəqilliyinə xələl gətirir, Azərbaycanı İrana qatmaq istəyənlərlə bir cəbhədə döyüşür.

Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed