Şrift:
Ayaksın futbolçusu Azərbaycanda oynayacaq
06.06.2013 [11:34] - İdman
Lorenzo Ebesilyo "Qəbələ"yə transfer olunub


Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunu sıralarına qatıb. “Ayaks”ın heyətində iki dəfə Hollandiya çempionu tituluna yiyələnmiş gənc yarımmüdafiəçi Lorenzo Ebesilyo növbəti mövsüm “Qəbələ”nin şərəfini qoruyacaq. "Qəbələ" klubundan verilən məlumata görə, futbolçu ilə birillik müqavilə imzalanıb.

24 sentyabr 1991-ci ildə dünyaya gələn Lorenzo Ebesilyo peşəkar futbolçu karyerasına Hollandiya “Ayaks”ında başlayıb. Gənc olmasına baxmayaraq, baxımlı oyunu ilə diqqət çəkən Lorenzo “Ayaks”ın heyətində 52 oyunda meydançaya çıxıb, 11 dəfə fərqlənib. Ebesilyo “Ayaks”da keçirdiyi iki mövsümdə - 2010-2011 və 2011-2012 mövsümlərində Hollandiya çempionluğuna yiyələnib. Futbolçu komandasının Avroliqa və Çempionlar Liqası oyunlarında da forma geyinib. Lorenzo son mövsümdə Donetsk "Metallurq"unda top qovub.

Ebesilyo 2007-ci ildən – 16 yaşından Hollandiyanın aşağı yaş qrupları üzrə milli komandalarına dəvət alıb. O “zanbaqlar ölkəsi”nin U-16, U-17, U-18, U-19 və U-21 komandalarının şərəfini qoruyub.
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed