Şrift:
Məmmədyarov 3-cü yerdə qərarlaşıb
07.06.2013 [14:42] - İdman
Rusiyanın Xanti-Maysiysk şəhərində şahmatın rapid və blits növləri üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günündə 58 zəka sahibi rapid növündə qarşılaşıblar.

Baş tutan 5 turun nəticəsinə əsasən Azərbaycan millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov 4 xal (3 qələbə, 2 heç-heçə) toplayaraq, 3-cü yerdə qərarlaşıb. Digər şahmatçılarımıza gəlincə, Eltac Səfərli 12-ci (3,5 xal), Qədir Hüseynov 42-ci (2), Rauf Məmmədov 44-cü (2) pillədə yer alıb. Turnir cədvəlinə isə rusiyalılar – Yan Nepomnyaşiy və Aleksey Dreyev başçılıq edirlər. Onların aktivində 4,5 xalları var.

Qeyd edək ki, bu növdə qalib sabah müəyyənləşəcək. İyunun 9-10-da isə blits növündə ən güclülər bilinəcək.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed