Şrift:
Millimizin rəqibləri bilindi
07.06.2013 [14:52] - İdman
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi bilinib. III mərhələnin cavab oyunundan sonra Belarus yığması komandamıza rəqib olub.

Belə ki, Slovakiya millisinə evdə 3:0 (25:19, 25:10, 25:17) hesabı ilə qalib gələn belaruslular cavab qarşılaşmasında 1:3 (25:15, 19:25, 17:25, 20:25) hesabı ilə uduzublar. Hesab bərabər olduğundan Qızıl set oynanılıb. Lotereyada ev sahibləri 14:16 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.

Beləliklə, komandamızın yer aldığı C qrupunda bütün iştirakçıların adlarına aydınlıq gəlib. Sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək həlledici mərhələdə Azərbaycan, Rusiya, Xorvatiya və Belarus gücünü sınayacaq.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed