Şrift:
Millimiz Xorvatiyaya qalib gəlib
11.06.2013 [15:44] - İdman
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində milli komandamızın rəqibi olan Portuqaliya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Paulu Bentunun yetirmələri Xorvatiya ilə qarşılaşıb.

Görüş İsveçrədə baş tutub. Matçda azarkeşlər bir qola şahidlik edib. Oyunun 36-cı dəqiqəsində “Real”ın hücumçusu Kriştianu Ronaldonun vurduğu tək qol millimizin rəqibinə qələbə qazandırıb - 0:1.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya 14 xalla F qrupuna başçılıq edir. A qrupunda mübarizə aparan Xorvatiya isə 16 xalla ikinci sırada qərarlaşır.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed