Şrift:
Qılıncoynadanlarımız Avropa çempionatına yollanırlar
13.06.2013 [00:16] - Gündəm, İdman
Qılıncoynatma üzrə yığma komandamız Avropa çempionatında iştirak etmək üçün iyunun 14-də Xorvatiyanın Zaqreb şəhərinə yola düşür.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında Zaqrebə aşağıdakı idmançılar yollanırlar:
1. Bünyatova Sevil
2. Bünyatova Sevinc
3. Mikina Sabina
4. Ələsgərova Aidə
Qeyd edək ki, idmançılarımız iyunun 16-da şəxsi, 20-də isə komanda yarışlarında mübarizə aparacaqlar.
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed