Şrift:
Amerikalıların Obamaya inamı tükənir
18.06.2013 [10:02] - Xəbərlər, Siyasət
Amerikalıların Obamaya inamı tükənir. RİA Novosti məlumat verir ki, bu haqda CNN telekanalı keçirdiyi sosioloji sorğunun nəticəsində bildirib.
Məlumatda deyilir ki, amerikalıların 45 faizi Barak Obamanın işini təqdir edir. Bu isə son 19 ay ərzində ən aşağı göstərici sayılır.
Respondentlərin 54 faizi Obamaya inanmadığını söyləyib.
Sorğunun digər iştirakçıları isə cavab verməkdə çətinlik çəkib.
CNN bildirib ki, Obamaya olan inamın tükənməsinə son günlər ərzində xüsusi xidmət orqanlarının ABŞ vətəndaşlarını izləməsi faktları ətrafında yaranmış vəziyyət təsir edib.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed