Şrift:
Azərbaycan və Ukrayna jurnalistləri futbol oynadılar
25.06.2013 [13:52] - Gündəm, İdman
Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə 12-ci beynəlxalq turnir keçirilib

Kiyev şəhərində Azərbaycan və Ukraynanın idman jurnalistləri arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə 12-ci beynəlxalq turnir keçirilib.

Azərbaycan Teleradio Verilişləri QSC-nin, Ukrayna Televiziyasının təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin dəstəyi ilə keçirilən beynəlxalq turnirdə Ukraynanın bir sıra televiziya və media qurumlarının, o cümlədən, diaspor və ictimai təşkilatların mini-futbol komandaları iştirak ediblər. Ukrayna Futbol fedarasiyasnın mərkəzi mini-futbol bazasında keçirilən beynəlxalq turnirin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Asim Osmanov çıxış edərək, son 12 ildə Ukraynada idman jurnalistləri arasında Heydər Əliyev kimi dünya şöhrətli ictimai siyasi xadimin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin keçirilməsinin tarixi əhəmiyyətindən soz açıb. Belə bir möhtəşəm turnirə qatılan idmançılara Azərbacanın Ukraynadakı səfiri Eynulla Mədətli adından uğurlar arzulayıb.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Ukraynada hər il idman jurnalistləri arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin keçirlməsini hər iki ölkənin jurnalistləri arasında dostluq əlaqələrinin yaranmasında müstəsna rol oynadığını vurğulayıb. O qeyd edib ki, turnirdə jurnalistlər arasında yaranmış dostluq münasibətlərinin nəticəsi olaraq, son illər Ukraynanın Milli Televiziyasında Azərbaycanla bağlı 12 sənədli film hazırlanıb. Bunlardan 3-ü ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.

Çıxışlardan sonra beynəlxalq turnirə start verilib. Diaspor və ictimai təşkilatların komandaları arasında keçirilən turnirin ilk günü "Azad" komandası qələbə çalaraq Heydər Əliyev turnirinin kubokuna sahib olub. Turnirdə 2-ci yerə UNİCEF, 3-cü yerə isə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin "SAMU" komandası çıxıb.

Ukraynanın bir sıra televiziya və media qurumlarının mini-futbol komandalarının iştirak etdiyi turnirin finalında ESG televiziya komandası qalib gələrək Heydər Əliyev kubokuna sahib olub.Turnirdə ölkəmizi təmsil edən İdman Azərbaycan Kanalının komandası isə 2-ci yerlə kifayətlənməli olub.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed