Şrift:
2014-cü il dünya çempionatı Braziliyada keçiriləcək?
25.06.2013 [14:47] - İdman
FİFA-nın baş katibi məsələyə aydınlıq gətirib

FİFA rəsmiləri 2014-cü il dünya çempionatının Braziliyadan alınıb digər ölkəyə verilməsi məsələsinin gündəmdə olmadığını bildirib. Qeyd edək ki, Braziliyada bir neçə həftədir ki, davam edən toqquşmalar səbəbindən Konfederasiyalar Kubokunun davamının başqa ölkədə keçiriləcəyi və gələnilki dünya çempionatının təşkilatçılığının ikinci ölkəyə veriləcəyi barədə söz-söhbətləri gəzirdi. Rio de Janeyronun Marakana stadionunda keçirilən mətbuat konfransında FİFA-nın Baş katibi Jerom Valke bununla bağlı heç bir “B” planının olmadığını bəyan edib.

“Konfederasiyalar Kubokunun finalı Rio-de-Janeyroda, Marakana stadionunda keçiriləcək, dünya çempionatı da Braziliyanın 12 şəhərində təşkil olunacaq. Bizim artıq 6 hazır stadionumuz var, qalan 6 stadion isə dekabr ayınadək təhvil veriləcək. Bunları ona görə deyirəm ki, B planının olmaması sizə aydın olsun. Yeri gəlmişkən, mən 2014-cü dünya çempionatının təşkili üçün digər ölkələrdən rəsmi təklif almamışam.” - FİFA-nın Baş katibi belə deyib.

Braziliyanın İdman naziri Aldo Rebelo öz növbəsində Konfederasiyala Kubokunun son həftəsinin sakit şəraitdə keçəcəyini ifadə edib. O, həmçinin Braziliyanın 2014-cü il dünya çempionatını yüksək səviyyədə təşkil edə biləcəyini bütün nümayiş etdirmək istədiyini bildirib.

Qeyd edək ki, bəzi məlumatlara görə, Braziliyada təşkil olunacaq dünya çempionatı təxminən 3,6 milyon iş yerinin açılmasına gətirib çıxaracaq.
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed