Şrift:
Nefçi iyunun sonuna kimi iki hücumçu alacaq
27.06.2013 [12:51] - İdman
Flaqman transfer çalışmalarını davam etdirir

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək son ölkə çempionu “Neftçi” transfer çalışmalarını davam etdirir.Paytaxt klubu iki hücumçu almağa hazırlaşır.

Onların hər ikisi barədə artıq xəbər vermişik. Bunlardan biri kamerunlu Ernest Nfor, digəri isə hollandiyalı Melvin Platyedi.

Nfor artıq bir neçə gündü “Neftçi”nin düşərgəsində məşq edir. O, Avstriya toplanışı çərçivəsində iyunun 28-də keçiriləcək Rusiyanın “Volqa” klubu ilə yoxlama matçında özünü göstərmək imkanına da malikdi.

Melvin Platyeyə gəlincə, ona görə məxsus olduğu Hollandiyanın “Nijmegen” klubu ilə danışıqlar davam etdirilir. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovdan aldığımız məlumata görə, hər iki oyunçu ilə bağlı vəziyyətə bu ayın sonuna qədər aydınlıq gələcək.
Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed