Şrift:
"İnter" fürsəti əldən verdi
05.07.2013 [10:36] - Gündəm, İdman
dünən UEFA Avropa Liqasının II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
"İnter" klubu "Bayıl Arena" stadionunda ilk oyununa çıxıb. Bakı təmsilçisi Finlandiyanın "Mariehamn" klubunu qəbul edib.
Matçda ilk qol bakılılardan gəlib - 7-ci dəqiqədə Asif Məmmədov fərqlənib. 72-ci dəqiqədə isə Petteri Yokihara hesaba tarazlıq gətirib (1:1).
Matç elə bu hesabla da başa çatıb.
Oyunu litvalı hakim Serqeyus Sliva idarə edib.
Bu komandalar arasında cavab oyunu iyulun 11-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed