Şrift:
Nazir idmançılarımıza ürək-dirək verdi
08.07.2013 [11:48] - İdman
Azad Rəhimov XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb

İyulun 7-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Rusiyanın Kazan şəhərinə gələrək XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Universiada kəndində komandamızın yaşadığı binada yaradılmış şəraitlə tanış olan nazir idmançılarımızla söhbət edərək onlara uğurlar arzulayıb.

Nazir Azad Rəhimov komandamızın qərargahı, Universiada kəndinin yeməkxanası və digər obyektlərlə də tanış olub.
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed