Şrift:
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi BP-yə qarşı 640 531 manat məbləğində iddia qaldırıb
18.11.2011 [12:22] - Xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən bu il neft sənayesində aparılan monitorinqlər zamanı bəzi kənarlaşmalar müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılması, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsi müəyyən olunub. Bununla bağlı BP şirkətinə qarşı 2010-cu ildə 593 948 manat, 2011-ci ilin keçən dövrü ərzində 46583 manat məbləğində iddia qaldırılıb.

2002-2009-cu illər üzrə isə qaldırılan iddialarla bağlı təbiətə dəymiş ziyanın ödənilməsi üçün şirkətlə müzakirələr aparılır.
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed