Şrift:
Qəzzafinin “Mələkləri”inə divan tutuldu
18.11.2011 [15:34] - Güney Azərbaycan xəbərləri
Qərb ölkələrində "İnqilabi rahibələr" və "Amazonlar qvardiyası" kimi tanınan dəstə bütünlüklə bakirə qızlardan ibarətdi. Onlar Liviya lideri, polkovnik Müəmmar Qəzzafinin ən yaxın mühafizə dairəsi olaraq dövlət başçısını hər yerdə müşayiət edir, qoruyurdular.
Liviyadakı son hadisələr isə bu qızların axırına çıxıb. Daha doğrusu, yoxa çıxmış sayılan və hətta "inqilabçılara təslim olaraq Qəzzafiyə xəyanət etdilər" deyilən qızların acı taleyi dünən bəlli olub.
Qəzzafinin "mələkləri" adlanan dəstənin üzvləri onu son anadək qorumağa çalışıblar.
27 nəfər qızdan ibarət dəstənin 24 üzvü atışmalarda həlak olub. Bir qızı Liviya Milli Keçid Şurasının silahlıları dəfələrlə zorlayandan sonra güllələyiblər.
Dəstənin başçısı, mayor Auişa Sedi Cəfər isə Sirt şəhərində Qəzzafi ilə birlikdə inqilabçıların əlinə keçəndən sonra vəhşi işgəncələrə məruz qalıb. 28 yaşlı Auişaya işgəncələr verəndən sonra onu diri-diri yandırıblar.

Qəzzafinin “Mələkləri”inə divan tutuldu


Qəzzafinin “Mələkləri”inə divan tutuldu
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed